Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Abbasov Abdulsalam Müzəffər oğlu

Abbasov Abdulsalam Müzəffər oğlu

Abbasov Abdulsalam Müzəffər oğlu 06 avqust 1966-cı ildə Astara rayonun Kijəbə qəsəbəsində doğulmuşdur. 1973-cü ildə Astara rayonun Kijəbə qəsəbəbə orta məktəbin 1-ci sinfinə getmiş və 1983-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1984-cü ildə Ordu sıralarına çağırılmış və 1986-cı ildə Ordu sıralarından qayıtmışdır. 1988-ci ildə Qafur Məmmədov adına “Bakı Hərbi Dəniz  Yolları Uçilişi”nə daxil  olmuş və 1991-ci ildə Kaspar idarəsində işə daxil olmuş və Kalmıkiya gəmisində III dərəcəli mexanik işləmişdir. 1992-ci ildə vətənin dar günündə könüllü olaraq Qarabağ müharibəsində Tağım komandiri kimi iştirak etmiş. Döyüşlərdə göstərdiyi yüksək bacarıq və iradəyə görə Baş Leytinant rütbəsinə qədər yüksəlmişdir. 1993-cü ilin dekabr ayında Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən  döyüşdə düşmən qarşısında bir addımda olsa geri çəkilməyərək vətəni Azərbaycan uğrunda şəhid olmuşdur.



Digər yazılar