Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Həsənov Nail Babulla oğlu

Həsənov Nail Babulla oğlu

    Həsənov Nail Babulla oğlu 20 fevral 1975-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Kijəbə qəsəbə orta məktəbinin I sinifinə daxil olmuşdur. 1992-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir. 1993-cü ilin aprelin 20-də Cəliləbad rayonunun Göytəpə şəhərindəki (əvvəlki Prişib qəsəbəsi) N saylı hərbi hissədə xidmətə başlamışdı. Burada 20 gün hərbi hazırlıq keçdikdən sonra  Beyləqan və Füzuli rayonlarında hərbi xidmətini davam etdirmişdir. 1994-cü ildə Şiişqaya uğrunda gedən döyüşlərdə son damla qanına qədər  vuruşmuş və şəhid olmuşdur.

 Hal-hazırda bir vaxtlar təhsil aldığı Kijəbə qəsəbə tam orta məktəb şəhid N.Həsənovun adını daşıyır.



Digər yazılar