Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Rüstəmov İlham Ağabala oğlu

Rüstəmov İlham Ağabala oğlu

06 noyabr 1961-ci ildə Astara rayonunda anadan olmuşdur. 1969 Kijəbə qəsəbə orta məktəbinə qəbul olunmuş. 1977-ci ildə orta məktəbdə VIII illik təhsili başa vurmuşdur. Daha sonra Bakı Politexnik Texnikomuna daxil olmuşdur. 1981-ci ildə Orta ixtisas təhsilini başa vurduqdan sonra, 1981-1983-cü illər Sovet ordusu sıralarında  Əfqanıstan Demokratik Respublikasında xidməti borcunu yerinə yetirmişdir. Xidməti borcunu başa vurduqdan sonra Leninqrad (Sankt-Peterburq) şəhərində 1993-cü ilə kimi 54 saylı Texniki Peşə məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. RSFR yaşadığı müddətdə 1985-1990-cı illərdə Tümen Dövlət Universitetinin hüquqşünaslıq fakultəsində təhsil almışdır. 1995-1997-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında zabit kimi çalışmışdır. Hal-hazırda ehtiyatda olan hərbiçidir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.



Digər yazılar