Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ

DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ

18 oktyabr 2016-cı il tarixində məktəbimizdə Dövlət Müstəqilliyinin bərpası günü ilə bağlı tədbir keçirildi.

Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər ,həmçinin qəsəbə icra nümayəndəsi,bələdiyyə üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə məktəbin direkroru Teymur Fətullayev açdı.O,bu möhtəşəm bayram münasibətilə hamını təbrik etdi və bu yolda canından keçmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi . Anımdan sonra Teymur Fətullayev  Azərbaycan Respublikasının dövlət müstəqilliyi yollarında qazandığı nailiyyətlərdən  , Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən geniş məruzə etdi.

 Məruzədən sonra məktəbin tarix müəllimi Etibar Rəsulov çıxış edərək müstəqqiliyimizin şanlı tarixindən ,Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən ətraflı danışdı.O ,müstəqilliyn əvəzsiz bir nemət olduğunu ,onun heç də bütün xalqlara nəsib olmadığını qeyd etdi.E. Rəsulov gənc nəslə səslənərək dövlət müstəqilliyimizin qədrini bilməyi,onu göz bəbəyi kimi qorumağı tövsiyə etdi.

Tədbirdə çıxış edən qəsəbə mədəniyyət evinin bədii rəhbəri Aqil Nəcəfov çıxış edərək müstəqilliyimizin bizə bəxş etdiyi geniş imkanlardan danışdı. O qeyd etdi ki, dünyanın əksər aparıcı ölkələrində təhsil alan azərbaycanlı gənclər bu gün vahid ideya –azərbaycançılıq ətrafında birləşərək düşmənlərimizə  layiqli cavab verirlər.Dövlətimizin müstəqilliyini təbliğ edir, haqq səsimizi dünyaya çatdırırlar.Biz də çalışmalıyıq ki , bu müstəqilliyi qoruyaq ,onu Ulu Öndərimizin dediyi kimi əbədi edək.

Rəsmi hissənin sonunda məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Rahim Osmanov çıxış edərək tədbir iştirakçılarını və ümumulikdə Azərbaycan xalqını təbrik etdi. Dövlət müstəqilliyi gününün Azərbaycan tarixindəki müstəsnalığından danışdı.Qeyd etdi ki,xalqımız bu yolda böyük itkilər vermişdir.Biz bu yoldan dönməməli, onu inkişaf etdirməli,gələcək nəsillərə şərəflə ötürməliyik.

 

Tədbirin ikinci hissəsində şagirdlərin ifasında müstəqilliyə həsr olunmuş şeirlər dinlənildi,bədii kompozisiya nümayiş etdirildi. Tədbir Dövlət Himninin oxunması ilə başa çatdı.



Digər yazılar