Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

BİLİK GÜNÜ

BİLİK GÜNÜ

Astara rayon məktəbləri arasında qabaqcıl təhsil ocaqlarından biri də N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbidir. Məktəbin pedaqoji kollektivi gənc nəslin yetişməsində bilik və bacarığını əsirgəmir. Hər il məktəbin məzunlarının sorağı respublikanın müxtəlif ali məktəblərindən gəlir. Məktəbimizdə bu işin əsası ibtidai siniflərdən qoyulur. Müəllimlərin arasında bilik bacarıqlarının gənc nəslə həvəslə ötürülməsində gərgin əmək sərf edən pedaqoqlar yetərincədir.

2015-2016-cı tədris ili Kijəbə qəsəbə tam orta məktəbi üçün uğurlu olub. Məzunlardan 8 nəfəri yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar. Bu uğurlu nəticə gərgin əməyin, yuxusuz gecələrin bəhrəsidir.

Sentyabrın 15-də “Bilik günü” münasibəti ilə keçirilən ənənəvi tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevin məktəblilərə təbrik məktubu oxundu. Məktəbimizin direktoru Teymur Fətullayev çıxış edərək belə dedi: “Sevincimizin həddi-hüdudu yoxdur. Müəllimin ən böyük mükafatı şagirdin xoş sorağıdır. Onların hər bir uğuru bizim uğurumuz, hər bir qələbəsi bizim qələbəmizdir”.

Dərs hissə müdiri Malik Mərufov çıxışında bildirdi ki, tədris prosesində şagirdlərin vətənpərvərlik hislərinin forlaşması məqsədi ilə ötən tədris ilində Təhsil Nazirliyi tərəfindən yeni üsul və metodlara geniş yer verilmişdir. Belə ki, “Mənim yurdum, Doğma vətənim!” mövzusunda ilk dərs günü təlim-tərbiyə prosesinin günün tələbləri səviyyəsində qurulması üçün atılan addımdır. Malik müəllim çıxışının sonunda 2016-2017-ci tədris ilində müəllim və şagirdlərə uğurlar arzu etdi.

Sonra  məktəblilərin ifasında dövlətçilik, Ulu Öndər və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənildi.



Digər yazılar