Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Rüstəmova Fatma Fəraim qızı

Rüstəmova Fatma Fəraim qızı

19 avqust 2000-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşam. 2005-ci ildə N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. İlk günlərdən sinif yoldaşlarımdan bilik və bacarığımla fərqlənmişəm. Hal-hazırda 11-ci sinifdə oxuyuram. 
2009-cu ildə Astara rayonunda keçirilən “İstedad - 2009” festivalının qalibi olmuşam. 
2015-ci ildə 9-cu sinif buraxılış imtahanlarının hər iki fənnindən əla qiymət almışam. 
13 mart 2016-cı ildə coğrafiya fənni üzrə rayon birinciliyində ən yüksək nəticə və zona yarışında fəal iştirakıma görə fəxri fərmanla mükafatlandırılmışam.

2017-ci ilin yanvar ayın 15-də fənn olimpiadasının rayon turunda ötənilki uğurumu bir daha təkrarlamışam. 
Ən böyük arzum məzun olduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmaqdır. 



Digər yazılar