Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Kurikulum anlayışı və kurikulumların təsnifi

Kurikulum anlayışı və kurikulumların təsnifi

Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir.

 “Kurikulum” latın sözü olub,lüğəti mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.

Təhsil kurikulumlannı xarakterinə görə fənyönümlü və ya şəxsiyyətyönümlü kurikulumlar adlandırmaq olar. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir.Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdan əsas rol oynayır. Bütün praktik bacanqlann yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.

Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanm gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir.Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasna imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur.

Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasnda, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması ücün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.

 

Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Belə kurikulumlar milli xarakter daşıdığı üçün Milli Kurikulum adlanır. Ayn-ayn fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə Fənn kurikulumları kimi tanınır.

 

___________________________________________________________________________________

 

          Kurikulumla tədrisin üstünlüyü.

 

  • Kurikulumlarda təlimin məzmunu standartlarla ifadə olunur.
  • Yeni kurikulumlar şagirdyönümlü, nəticəyönümlü xarakter daşıyır.
  • Kurikulum həm məzmunu, həm təlim prosesini, həm idarəetmə və qiymətləndirmə məsələlərini, həm də məktəb- valideyn əlaqələrini əhatə edir.
  • Bacarıqlar formasında təqdim olunmuş standartlarda nəticələr veni məzmunun xarakterik cəhəti kimi verilir.
  • Bütiin kurikulumlarda hər hansı bir fənnə aid olan bütövlük və tamlıq gözlənilir, yəni orada fənnə aid bütün məsələlər öz əksini tapır.
  • Kurikulumların tətbiqi şagirdlərin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün inkişafına yönəlir.
  • Yeni kurikulumların başlıca məqsədi şəxsiyyəti kreativ bacarıqlara malik olan insan kimi yetişdirməkdir.
  • Yeni kurikulumlar inteqrativlik əsasıııda hazırlanır və tətbiq olunur.
  • Yeni təlim strategiyalarından istifadə kurikulumların tətbiqi zamanı istinad olunan pedaqoji texnologiyaların əsasını təşkil edir.
  • Yeni kurikulumlar özündə  idarəetmə və qiymətləndirmə texnologiyalarını ehtiva edir.
  • Bütün şagirdlər öyrənmə prosesinə cəlb olunur, onlarda öz isinə məsuliyyət, davamlı fəaliyyət göstərə bilmək keyfiyyətləri aşılanır;
  • Kurikulumların tətbiqi zamanı şagirdlərin təlim fəallığı artır, onlarda idrak bacarıqlar yiiksəlir,tədqiqatçılıq,təhliletmə, mühakiməyürütmə,fərqləndirmə, miiqayisəetmə,tətbiqetmə,izahetmə, təsviretmə,təqdimetmə,müstəqil və birgə fəaliyyət bacarıqları formalaşır;
  • Kurikulumlann tətbiqi valideynləri təlim prosesində fəal iştiraka, təhsildəki yeniliklərlə maraqlanmağa, yeniliklərə münasibət bildirməyə sövq edir, valideyn-məktəb əlaqələrinin giiclənməsinə zəmin yaradır.

 

___________________________________________________________________________________

 



Digər yazılar