Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Bizim fəxri məzunlarımız

Bizim fəxri məzunlarımız

 

Hər dəfə rayonumuzun tanınmış, fəallığı, işgüzarlığı və dəyərli mənəvi keyfiyyətləri ilə seçilən insanları haqqında yazanda xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi aşağıdakı kəlam yadımıza düşür: “Həyatın mənası cox yaxud az yaşamaqdan ibarət deyil. Onun bu mənası həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Mənalı və dəyərli həyat yaşayan, öz fəal əməyi, səmimiyyəti və xeyirxahlığı ilə seçilənlər sırasında Kijəbə qəsəbə tam orta məktəbin keçmiş məzunlarının adı da fəxrlə çəkilir.

 

_______________________________________________________________________________________________

                             Əliyeva Bəsti Nabatəli qızı 

 

1961-ci il noyabrın 18-də sadə bir ailədə dünyaya göz açıb. 

1979-cu ildə Kijəbə qəsəbə orta məktəbini bitirdikdən sonra qəsəbədəki sovxozda fəhlə işləmiş, nümunəvi əmək fəaliyyəti ilə hamının hörmətini qazanmışdır. 

1982-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin ali məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1987-1988-ci illərdə stajor vəkil kimi Lənkəran hüquq məsləhətxanasında işləmişdir. 

1988-ci ildə Vəkillər Kollegiyasına üzv seçilmişdir. 

2001-ci il may ayınadək vəkil kimi fəaliyyət göstərmiş, insan hüquqlarını müdafiə etmişdir. Bacarıqlı hüquqşünas, işgüzar və məsuliyyətli kadr olduğu nəzərə alınaraq 2001-ci ilin may ayında Astara rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə işləyir.1968 - Astara rayonu Kijəbə qəsəbəsi  Tüləküvan kəndində anadan olmuşdur.




_______________________________________________________________________________________________

                          Hacıyev Müzəffər Manaf oğlu

 

1961-ci ildə anadan olmuşdur.

1978-ci ildə Kijəbə qəsəbə orta məktəbin 10-cu sinfini bitirmişdir.

 Kijəbə qəsəbə orta məktəbi bitirdikdən sonra, 1978-ci ildə V.İ.Lenin adına APİ-nin riyaziyyat fakültəsinə daxil olmuşdurşdur.

1982-ci ildə fərqlənmə diplomu ilə ali məktəbdə təhsilini başa vurmuşdur.

Pedaqoji fəaliyyətə 1982-ci ildən başlamış və hal-hazıradək ixtisası üzrə müəllim işləyir.

1987-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya iclasının qərarında qabaqcıl təcrübəsi qeyd olunmuş və öyrənilib yayılması tövsiyə edilmişdir.

 1988-ci ildə “Baş müəllim” adına layiq görülmüşdür. 1989-cu ildə “N.K. Krupskaya mükafatı” laureatı olmuşdur.

2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində fəal iştirakına görə I dərəcəli diplomla təltif edilmişdir.

 2002-ci ildə Respublika pedaqoji mühazirələrində “Müasir təlim metodlarından istifadə” mövzusunda məruzə ilə çıxış etdiyinə görə II dərəcəli diplomla təltif edimişdir.

2005-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ildə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. 

________________________________________________________


                                 Ağayev Aslan Əhməd oğlu       

 

1974-1985-ci illər Orta Təhsil almışdır.1985 - Kijəbə qəsəbə  orta  məktəbini  X  sinfini bitirmişdir. 1988 - N.Tusi adına Azərbaycan  Dövlət Pedaqoji  Universitetinin  filologiya  fakultəsinə  daxil  olmuşdur. 1993Universiteti  bitirmişdir. 1993 - Tüləküvan  kənd tam orta məktəbində  dil-ədəbiyyat  müəllimi kimi  fəaliyyətə  başlamışdır.2009 - sentyabrdan  2012 ci ilin dekabra kimi  məktəbin  direktor  müavini  "Psixoloq " vəzifəsində  işləmişdir.2012 - dekabrdan  hal-hazıradək Tüləküvan  kənd  tam  orta  məktəbinin direktoru vəzifəsində işləyir.

 

________________________________________________________

 

                            Əhmədova Günay Aydın qızı 

30.11.1984 tarixində Astara rayonu Kijəbə qəsəbəsində doğulmuşdur.

Təhsil 

1991-2002 illərdə N.Həsənov adına orta məktəbdən məzun olmuşdur.

2002 - 2008-ci illər,
Azərbaycan Dovlət Tibb Universitetində müalicə işi fakultəsini bitirmiş
2008 - 2009-cu illər,
A.Q.Abbasov adına Şəhər Onkoloji Dispanserində, İnternatura  kursunu kecmişdir.
2010-cu il,
Istanbul Universiteti Istanbul Tibb fakultəsi Radioloji Anabilim Dalı /Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli doplerografiyası
2012 - 2013-cü illər,
İUTF Radioloji Anabilim Dalı /Pediatrik Ultrosonoqrafik İncelemeler, Neyrosonoqrafiya, Artrosonoqrafiya-oynaqların USG, Yenidoğulmuşlarda bud-çanaqının dislokasiya və diplaziya diaqnostikası
2012 - 2013-cü illər,
İUTF Radioloji Anabilim Dalı /Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mommoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya. Anorektal USG kursu
2014-cü il,
İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursu /GRİ SCALA-Neyrosonoqrafiya, Ayrıntılı USG/. Yumşaq toxumalar və Endokrin (THYROİD, PARATHYROİD, PAROTİS) və Limfotik sistem üzrə USG kursu
2015-ci il,
Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu

İş təcrübəsi

2011 -ci ildən indiyədək Mərkəzi Gömrük Hospitalı, Həkim-radioloq vəzifəsində çalışır.


___________________________________________________________________________________

 



Digər yazılar