Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Kurikulumla tədrisin üstünlüyü.

Kurikulumla tədrisin üstünlüyü.

 

  • Kurikulumlarda təlimin məzmunu standartlarla ifadə olunur.
  • Yeni kurikulumlar şagirdyönümlü, nəticəyönümlü xarakter daşıyır.
  • Kurikulum həm məzmunu, həm təlim prosesini, həm idarəetmə və qiymətləndirmə məsələlərini, həm də məktəb- valideyn əlaqələrini əhatə edir.
  • Bacarıqlar formasında təqdim olunmuş standartlarda nəticələr veni məzmunun xarakterik cəhəti kimi verilir.
  • Bütiin kurikulumlarda hər hansı bir fənnə aid olan bütövlük və tamlıq gözlənilir, yəni orada fənnə aid bütün məsələlər öz əksini tapır.
  • Kurikulumların tətbiqi şagirdlərin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün inkişafına yönəlir.
  • Yeni kurikulumların başlıca məqsədi şəxsiyyəti kreativ bacarıqlara malik olan insan kimi yetişdirməkdir.
  • Yeni kurikulumlar inteqrativlik əsasıııda hazırlanır və tətbiq olunur.
  • Yeni təlim strategiyalarından istifadə kurikulumların tətbiqi zamanı istinad olunan pedaqoji texnologiyaların əsasını təşkil edir.
  • Yeni kurikulumlar özündə  idarəetmə və qiymətləndirmə texnologiyalarını ehtiva edir.
  • Bütün şagirdlər öyrənmə prosesinə cəlb olunur, onlarda öz isinə məsuliyyət, davamlı fəaliyyət göstərə bilmək keyfiyyətləri aşılanır;
  • Kurikulumların tətbiqi zamanı şagirdlərin təlim fəallığı artır, onlarda idrak bacarıqlar yiiksəlir,tədqiqatçılıq,təhliletmə, mühakiməyürütmə,fərqləndirmə, miiqayisəetmə,tətbiqetmə,izahetmə, təsviretmə,təqdimetmə,müstəqil və birgə fəaliyyət bacarıqları formalaşır;
  • Kurikulumlann tətbiqi valideynləri təlim prosesində fəal iştiraka, təhsildəki yeniliklərlə maraqlanmağa, yeniliklərə münasibət bildirməyə sövq edir, valideyn-məktəb əlaqələrinin giiclənməsinə zəmin yaradır.

 

___________________________________________________________________________________

 



Digər yazılar