Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Diaqnostik qiymətləndirmə

Diaqnostik qiymətləndirmə

          Diaqnostik qiymətləndirmədə ən yüksək nəticə

  Dekabrın 15-22 tarixlərində Masallı Olimpiya İdman Kompleksində keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində rayon üzrə ən yüksək nəticəni 59 balla Fəttayev Rauf Vidadi oğlu göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya-kimya ixtisası üzrə təhsil alan R.Fəttayev universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə M.Abiyev adına Vaqo kənd tam orta məktəbində kimya-biologiya müəllimi kimi başlamışdır. R.Fəttayev hazırda M.Abiyev adına Vaqo kənd tam orta məktəbi ilə yanaşı, eyni zamanda N.Həsənov adına Kijabə qəsəbə tam orta məktəbində biologiya fənnini tədris edir.

  R.Fəttayev kimya və biologiyanın tədrisində təlim prosesinin daha da yaradıcı olması üçün müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə edir. VI-XI siniflər üzrə biologiya və kimya fənlərini tədris edən R.Fəttayevin şagirdləri müxtəlif vaxtlarda biologiya fənni üzrə rayon və respublika üzrə təşkil olunmuş fənn olimpiadalarında iştirak edərək yüksək nəticələr qazanmışlar.

  Çoxillik pedaqoji təcrübəyə malik olan Rauf Fəttayev 2012-ci ildə “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş – “İntel Gələcək üçün Təhsil” təlimi üzrə “Təlimçi Təlimi” və UNICEF tərəfindən təşkil olunmuş “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim mövzusunda məşqçilər üçün təlim” kurslarını müvəffəqiyyətlə bitirərək, təhsil mərkəzində kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə ayrı-ayrı layihələrdə təlimçi kimi fəaliyyət göstərmişdir.

  1. 2012-2014-cı illər - “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş “İntel Gələcək üçün Təhsil 5-ci versiya” təlimi üzrə təlimçi
  2. 2013-2014-cü tədris ilində V-VI siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumorta təhsil kurikulumu üzrə təlimçi.
  3.  2015-2016-ci illər “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən təşkil edilmiş “İntel Gələcək üçün Təhsil 10-cu versiya” təlimi üzrə təlimçi
  4. 2015-2016-cı tədris ilində V-IX siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumorta təhsil kurikulumu üzrə təlimçi.
  5. 2015-ci il - Təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində keçirilən "Qənaət günün tələbidir" Respublika müsabiqəsinin iştirakçısı.
  6. 2016-cı il - Təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində keçirilən VII Respublika "Elektron Təhsil" müsabiqəsinin iştirakçısı və nominantı.
  7. 15-22 dekabr 2016-cı il tarixində Masallı Olimpiya İdman Kompleksində keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Astara rayon üzrə ən yüksək nəticənin (59 bal) sahibi.

   Biz inanırıq ki, 23 illik pedaqoji təcrübəyə malik bacarıqlı müəllim R.Fəttayevi yuxarıda sadalanan nailiyyətlərə görə yaxın günlərdə Astara rayon icra hakimiyyəti, Astara rayon Təhsil Şöbəsi və Təhsil Nazirliyi tərəfindən əlavə qiymətləndirəcək.

 



Digər yazılar