Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Şahverdiyev Yaşar Mirzə oğlu

Şahverdiyev Yaşar Mirzə oğlu

15 may 1969-cu ildə Kijəbə qəsəbəsində doğulmuşdur.

1976-1986-cı illər Kijəbə qəsəbə orta məktəbində 10 illik təhsilini başa vurmuşdur.

1986-cı ildə Texniki peşə məktəbində mexanizatorluq peşəsinə yeyələnmişdir. 

1987-1989-ci illər Sovet ordu sıralarına çağrılıb. 6 ay kiçik komandirlər kursunda oxuyub. Sonra Əfqanıstan Demokratik Respublikasında kiçik komandir kimi xidməti borcunu yerinə yetirmişdir. 

"Döyüşdə göstərdiyi xidmətə görə", "Əfqanıstan Demokratik Respublikasının Dostluq" və s. medallarla təltif olunmuşdur.

1988-ci ilin 7 iyul tarixində Əfqanıstan Demokratik Respublikasının Kabul şəhərində xidməti borcunu yerinə yetirən zaman  ağır yaralanmışdır. Döyüşdə göstərdiyi fədakarlığa görə “Qırmızı Ulduz Ordeni” ilə təltif edilmişdir.

Hal-hazırda Kijəbə qəsəbəsində yaşayır.



Digər yazılar