Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Ulu öndər Heydər Əliyevin “Anım günü”

Ulu öndər Heydər Əliyevin “Anım günü”

  Güclü siyasətçi, qayğıkeş dövlət başçısı, milli dövlətçiliyimizin banisi, qətiyətli insan, mehriban ailə başçısı, Ulu öndər Heydər Əliyevin “Anım günü” 12 dekabr 2016-cı il tarixində N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində qeyd olundu. Tədbir Ulu öndərin “Anım günü”nün bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə məktəbin direktoru T.Fətullayev, Kijəbə qəsəbə folklor evinin bədii rəhbəri A.Nəcəfov, məktəbin müəllimləri R.Osmanov, G.Mirzəyeva və başqaları Ulu öndərin həyat və siyasi fəaliyyəti barəsində çıxışlar etdilər. Mərasimin sonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan video sujet nümayiş etdirilməsilə yekunlaşdı.

   Məktəbin pedaqoji və şagird heyyəti, folklor evinin və qəsəbə kitabxanasının üzvləri rayon mərkəzində keçirilən “Anım mərasimi”ndə də iştirak etdilər.

 



Digər yazılar