Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

“Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri

“Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri

  19 yanvar 2017-ci il tarixində N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində “20 Yanvar” faciəsinin 27-ci il dönümü ilə bağlı anım tədbiri keçirildi. İlk olaraq “20 Yanvar” şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Mövzu ətrafında Kijəbə qəsəbə tam orta məktəbin tarix müəllimi Etibar Rəsulov  geniş məruzə etdi.

 Məruzə ətrafında N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin direktoru Teymur Fətullayev və Kijəbə qəsəbə folklor evinin bədii rəhbəri Aqil Nəcəfov çıxış edərək ətraflı məlumat verdilər.

 Daha sonra çıxış edən Kijəbə qəsəbə kitabxanasının direktoru Vidadi Məhərrəmov “20 Yanvar” faciəsini özündə əks etdirən çoxlu kitabların, jurnalların  və məqalələrin olduğunu bildirdi. Bu yazılarda yazılan tarixi faktlar ətrafında danışaraq geniş məlumat verdi. Məktəblilərə kitabxana ilə sıx-sıx əlaqə saxlamağı və bu kitablardan yararlanmağı tövsiyə etdi.

  Sonda məktəbin fəal şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi.



Digər yazılar