Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək.

Astara Rayonu üzrə də 147 şagird öz biliyini bu turda sınamışdır. 33 şagirdin biliyi yüksək qiymətləndirilmiş və yarımfinal turuna vəsiqə qazanmışlar.

Fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə görə məktəbimizin 4 şagirdi

  1. Ağazadə Nübar Vüqar qızı       -  9-cu  sinif  - riyaziyyat 
  2. Rüstəmova Fatma Fəraim qızı  - 11-ci  sinif  - coğrafiya 
  3. Mirzəyeva Rabiyə Rauf qızı      - 11-ci  sinif  - azərbaycan dili və ədəbiyyatı
  4. Xankişizadə Murad Elşən oğlu  - 10-cu sinif  - azərbaycan dili və ədəbiyyatı

növbəti mərhələyə keçmişlər.

Mərhələni adlamış şagirdlərin sayına görə və həm də əldə olunan nəticələrə görə məktəbimiz Astara rayonu üzrə birinci yerdə durur.

Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik.



Digər yazılar