Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Şagirdimiz Azərbaycan Çempionu adını qazandı

Şagirdimiz Azərbaycan Çempionu adını qazandı

  N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin XI sinif şagirdi Ağadadaşzadə Ülfət Vasif oğlu MMA King- boks  döyüş növü ilə 5 ildir ki, məşğul olur.  Ülfət  27-29 yanvar 2017-ci il tarixində Astara şəhər olimpia-idman  kompleksində keçirilən  20 Yanvar şəhidlərinə həsr olunmuş Açıq Respublika Kuboku yarışında  iştirak etmişdir.

  Yarışda Astara komandaları ilə yanaşı Cəlilabad, Masallı, Lənkəran, Biləsuvar və İran İslam Respublikasının komandaları da iştirak edirdi. Ağadadaşzadə Ülfət Vasif oğluöz çəkisində olan hər üç rəqibinə qalib gələrək Açıq Respublika Kuboku yarışının qalibi olmuşdur.

  Şagirdimizin digər bir uğuru 10-12 fevral 2017-ci il İmişli rayonun İdman Mərkəzində keçirilən  Azərbaycan Çempionatında  BDU döyüş növləri arasında King-boks döyüş növündə  55 –kq çəkili idmançılar arasında bütün rəqiblərini məğlub edərək  Azərbaycan Çempionu adını qazanmışdır.

  Bu münasibətlə 13 fevral 2017-ci il tarixində  məktəbimizdə onunla şagirdlərin görüşü keçirilmişdir. Ülfət görüşdə xatirələrini yoldaşları ilə bölüşmüşdür.

  Bu uğura görə şagirdimizi təbrik edir, qarşdakı məsul yarışlarda daha böyük nailiyyətlər arzulayırıq. Uğurların bol olsun ÜLFƏT !



Digər yazılar