Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

"Əlaçı intellektual oyunu"nun seçim turu

"Əlaçı intellektual oyunu"nun seçim turu

 18 fevral 2017-ci il tarixdə Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbində "Əlaçı intellektual oyunu"na X sinif şagirdlərinin seçimi olmuşdur. Bu tədbirdə rayonumuzun ümumtəhsil məktəblərindən 24 nəfər şagird iştirak etmişdir. N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbinin də 4 şagirdi: Baxşiyeva Şəhanə Elşən qızı, Camalzadə Türkan Gündüz qızı, Abbasov Famil Sahib oğlu, Xankişizadə Murad Elşən oğlu biliyinə güvənərək "Əlaçı intellektual oyunu"na qatılmışdır. İmtahan test üsulu ilə həyata keçirilmiş və 1 saat davam etmişdir. Nəzərdə tutulmuş vaxtın ilk 30 dəqiqəsi sorğu anketinin doldurulmasına, digər 30 dəqiqə isə məktəbdə tədris olunan müxtəlif fənləri və şagirdlərin dünya görüşü səviyyəsini yoxlayan 50 test sualının cavablandırılmasına ayrılmışdır. Seçim turunun nəticəsi bir-neçə gündən sonra məlum olacaqdır. "Əlaçı intellektual oyunu"na qatılan rayon şagirdlərini Astara TŞ-si metodkabinetinin direktoru E.Fətəliyev və  N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin direktoru T.Fətullayev müşaiyət etmişdir.



Digər yazılar