Kİjəbə qəsəbə tam orta məktəbİ

Rəhbərlik

Fətullayev Teymur Sabir oğlu 

 1974-cü ildə Astara rayonun Kijəbə  qəsəbəsində anadan olmuşdur.
   1981-1992-ci illər Astara rayonun  Kijəbə  qəsəbə orta məktəbində  təhsil almışdır. 
    1992-ci ildə Astara rayonun Kijəbə  qəsəbəsində,  N.Gəncəvi adına sovxozda  əmək fəaliyyətinə   başlamışdır. 
    1995-1998-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur.
    2000-ci ildə qəbul olunduğu Lənkaran Dövlət Universitetinin tarix və ictimaiyyat fakültəsini, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
    2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetində “Magistratura və doktorantura” şöbəsində təhsilini davam etdirərək  “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2001-ci ildən hal-hazırkı vaxta qədər ixtisası üzrə Astara rayonun N.Həsənov adına Kijəbə qəsəbə tam orta   məktəbində müəllim işləyir.
    T. Fətullayev 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olduğuna görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli 3044 №-li Sərəncamı  ilə mükafatlandırılıb.
2013-ci ildə Azərbaycan müəllimlərinin  XIV qurultayının nümayəndəsi olmuşdur.
    2013-2014-cü tədris ilində V-VI siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumorta təhsil kurikulumu üzrə təlimçilik fəaliyyəti göstərmişdir.
   Təhsil sisteminin informasiyalaşdırılması proqramı çərçivəsində keçirilən IV, V, VI və VII Respublika "Elektron Təhsil" müsabiqəsinin iştirakçısıdır.
   2015-ci ilin sentyabr ayından etibarən müəllimi olduğu Kijəbə qəsəbə tam orta məktəbin direktoru vəzifəsində çalışır.
   T. Fətullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 sentyabr tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.
 
 
_______________________________________________________________________________________________
 

Mərufov Malik Səttar oğlu

1968-ci ildə Kijəbə qəsəbəsində anadan olmuşdur.

1985-cidə Kijəbə qəsəbə orta məktəbində  təhsilini başa vurmuşdur.

1985-ci ildə daxil olduğu ADPİ-nun riyaziyyat və informatika fakültəsini  1992-ci ildə bitirmişdir.

1992-ci ildən məzunu olduğu N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.

2011-ci ilin iyun ayından hal-hazıradək  N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.

 

 

 ______________________________________________________________________________________________

 

Osmanov Rahim Osman oğlu 

1968-ci il may ayın 26-da Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur.1975-1985-ci illər Kijəbə qəsəbə orta məktəbində təhsil almışdır.
1985-1986-cı illər Bakı şəhər 18 saylı peşə məktəbində təhsil almışdır.
1986-1988-ci illər Sovet ordu sıralarında hərbi xidmət etmişdir.
 
1989-1995-ci illər Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili İnstitutundda rus dili və ədəbiyyatı ixtisası üzrə tam kurs bitirmişdir.
 
1990-1995-ci illər Astara rayon Kijəbə qəsəbə tam orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində işləmişdir.
 
1995-ci ildən indiyədək Kijəbə qəsəbə tam orta məktəbində Təşkilatçı vəzifəsində işləyir.
 
 
 
___________________________________________________________________________________