Kİjəbə qəsəbə tam orta məktəbİ

II Qarabağ müharibəsi

Xalqın  qəhrəman oğlu  Pəncəli  Teymurovun  şərəfli həyatı haqqında.

 

Pəncəli  Nurməmməd oğlu  Teymurov  24 mart  1981-ci ildə Azərbaycan Respublikası, Astara rayonunun Əzərüd kəndində sadə fəhlə ailəsində dünyaya göz açmışdır.   O,  məktəb yaşına çatanda  Azərbaycanın üstünü qara buludlar almış,  ermənilərin Qarabağa dair əsassız iddiaları başlanmış və kiçik Pəncəli də aldığı tərbiyəyə uyğun olaraq hələ kiçik yaşlarından Vətənə bəslədiyi güclü məhəbbət və sədaqət ruhunda böyümüşdür.

          Hələ  məktəbə getməzdən qabaq öz cəsarətliliyi, qorxmazlığı  və dəcəlliyi ilə bütün ərazidə tanınmışdır. 5 yaşında ikən Əzərüd kəndində yerləşən elektrik transformatoruna qalxaraq əlindəki məftili 10 min kv.luq elektrik xəttinə yapışdırarkən elektrik cərəyanı onu vurmuş, lakin balaca vücudu ölümə qalib gəlmişdir.

        1987-ci ildə Asxanakəran kənd orta məktəbin hazırlıq sinfinə  daxil olan Pəncəli 1998-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.Məktəbdə oxuyan illərdə bütün müəllimlərinin sevimlisinə çevrilmiş, nümunəvi əxlaqı və mərdliyi ilə hamıdan seçilmişdir.

         Orta məkəbdə oxuyanda müntəzəm olaraq idmanla məşğul olmuş, çevikliyi və cəldliyi ilə hamıdan seçilmiş, sərbəst şəkildə sambo, boks və karate ilə məşğul olaraq  özünü orduda zabit kimi görmək arzusu ilə hərbi xidmətə hazırlamışdır.

        Aprel 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılan Pəncəli Ağdamda yerləşən “ N” saylı hərbi hissədə xidmətə başlamış və öz arzusu ilə həmin hissənin kəşfiyyatçılar qrupuna daxil olaraq Bakıda Xüsusi Təlim-Tədris məktəbində oxumaqla müvafiq kursu bitirmiş və  öz hissəsinə qayıdaraq  komandanlığın müxtəlif tapşırıqlarının yerinə yetirilməsində  şəxsi nümunə göstərmişdir. Hərbi xidmətini  icra edərkən Azərbaycan XüsusiTəyinatlı Qüvvələrinin yaradılması prosesi başlanır. Bu zaman  həmin Qüvvələrə ən layiqli şəxslərin qəbul olunması  məqsədilə keçirilən baxış zamanı Pəncəli  generalların diqqətini cəlb edir və o, könüllü olaraq yeni yaradılan XTQ-nin sıralarına qəbul edilir.  Öz cəsarətliliyi və qorxmazlığı ilə çətinliyə sinə gərərək sona qədər  dözmüş və əfsanəvi bir kəşfiyyatçı kimi yetişmişdir. O. Bakıda və İstanbulda XTQ-nin xüsusi hərbi məktəblərində təşkil olunan bütün kurslarda oxuyaraq 17 il ərzində XTQ döyüşçüləri üçün dünya üzrə müəyyən edilmiş 6 imtahanın ( Snayper hazırlığı, paraşütlə tullanma, ekstemal dəniz əməliyyatları, minlaraın zərərsizləşdirilməsi üzrə ustalıq, estremal şəraitdə sağ qalmaq bacarığı və s)hamısını müvəffəqiyyətlə verərək özünü təsdiq etmişdir.

           Pəncəli XTQ-də xidmət etdiyi 17 il ərzində dəfələrlə düşmən arxasına keçərək çox gizli və təhlükəli hərbi tapşırıqları yüksək məharətlə və şərəflə yerinə yetirmiş və ekstremal şəraitdə yüzlərlə erməni faşistini məhv etmişdir. O, həmişə kəşfiyyat-təxribat qrupunun komandiri Murad Mirzəyevlə və qrupun qərargah rəisi Samid İmanovla çiyin-çiyinə döyüşmüşdür.

           Pəncəli türk bordo   berelilərini  hazırlayan Ankara Xüsusi hərbi məktəbinin zabit heyətinin sevimlisinə çevrilmiş və türk ordusunda ən yüksək mükafat olan Ay-ulduz qızıl medalına layiq görülmüşdür.          

           2013-cü ili avqustun 19-da onun toy məclisinə bütün komandirləri və döyüş dostları gəlmişdi.  Öz toyunda ona çıxış üçün söz veriləndə də Pəncəli çox sakit və arxayın şəkildə bildirdi ki, onun ən böyük arzusu Vətəni və torpağı üçün şəhid olmaqdır.

                                                                    Dəfələrlə Azərbaycan Silahlı Qüvvələri komandanlığının Fəxri –Fərmanlarına, medallarına və pul mükafatlarına , o cümlədən “Hərbi xidmətlərə görə “ medallarının bütün dərəcələrinə layiq görülən Pəncəli Teymurov  xüsusi dövlət əhəmiyyətli  hərbi tapşırığı müvəffəqiyyətlə icra etdiyi  zaman göstərdiyi qəhrəmalığına görə 2015-ci ilin iyunun 24-də  Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sərəncamına əsasən sağlığında “ İgidliyə görə “ medalı ilə təltif olunmuşdur.

           Pəncəliyə müxtəlif dostlarından , qohumlarından həmişə məsləhətlər verilirdi ki, çox təhlükəli əməliyyatları şərəflə icra etmisən, indi istirahət vaxtındır, kəşfiyatçılıqdan başqa bi fəaliyyətə keçsən yaxşı olar, amma igidimiz deyirdi ki, onun ən böyük arzusu Xankəndində Azərbaycanın üçrəhgli ay-ulduzlu bayrağını  ucaltmaqdır. Bu arzu ilə o, 2016-cı ilin aprelin 1-də Dağlıq Qarabağın alınmaz erməni istehkamı olan Talış yüksəkliyinə hücum etdi. Yüksəklikləri alıb 100-dən çox ermənini məhv edən igidlərimiz Xankəndinə qədər irəliləyərək heç kimin ağlına gəlməyən qəhrəmanlığa imza ataraq Vətən uğrunda şəhidlik zirvəsinə çatdılar. Ölümündən sonra ayrılmaz dostlara- Murad Mirzəyevə və Samid İmanova “ Milli Qəhrəman “ fəxri adı, Pəncəli Teymurov “ Vətən uğrunda “  medalı ilə təltif edildilər.

 

___________________________________________________________________________________