Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Yusifov Seyran Eynəli oğlu

Yusifov Seyran Eynəli oğlu

 Yusifov Seyran Eynəli oğlu 20 dekabr 1974-cü ildə Kijəbə qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Kijəbə qəsəbə orta məktəbin I sinifinə daxil olmuşdur. 1992-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə çağrılmışdır. 1993-cü ildə Astara rayonundakı N saylı hərbi hissədə növbəti hərbi tapşırığı yerinə yetirərkən  qar uçqununa düşmüş və şəhid olmuşdur.

   Hal-hazırda Qəcimardə kənd orta məktəbi Seyran Yusifovun adını daşıyır.



Digər yazılar