Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Valideyn iclası

Valideyn iclası

Astara  rayonunun  N.Həsənov adına  Kijəbə qəsəbə tam  orta  məktəbində     2014/2015-ci  dərs  ilində bir sıra maraqlı tədbirlər həyata  keçirilmişdir. Belə tədbirlərdən biri də bu gün ― 02 dekabr 2014-cü il tarixində təşkil olunmuş  Ümum valideyn iclasıdır. İclasda  Astara rayon  TŞ-nin  müdiri  Q.Məmmədova, müdir müavini  F.Həsənov, məsləhətçilərdən S. Məmmədov,  A. Rzayev və E.Nəzərov  iştirak etmişdir. Məktəbin diretoru  Təbrizə  Rəsulova məruzə  etdi:

― O, qeyd etdi ki, məktəbin  nailiyyətlərinin ildən-ilə artmasında  valideynlərin rolu danılmazdır.  Validen-məktəb münasibətləri məktəbimizdə yüksək səviyyədə təşkil olunmuşdur. 546 şagirdin təlim-tərbiyəsilə 60-ə yaxın müəllim məşğul olur. Bu  müəllimlər arasında qabaqcıllarımız da çoxdur. Bunlardan  “Əməkdar “ müəllim və “İlin müəllimi” Azər Kişiyevi, “İlin müəllimi” və Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalına layiq görülmüş Teymur  Fətullayevi, Təhsil Nazirliyinin  “Fəxri-Fərmanı”ilə təltif olunmuş  B. Hüseynovu  və  b. misal göstərə bilərik. Məzunlarımız təhsildə olduğu kimi rayon və Respublika səviyyəli inşa müsabiqələrində, idman yarışlarında da bir sıra  nailiyyətlər qazanmışlar. Məktəbin işıq və istilik sistemi problemli sahəmizdir. Dəfələrlə bu barədə lazımi dairələr qarşısında məsələ qaldırılsa da hələlik müsbət nəticə yoxdur. Şagirdlərimiz arasında davamiyyət elə bu cəhətdən də soyuq havalarda zəif olur. Bu da bəzi validenlərin haqlı narazılıqlarına səbəb olur. Bu və ya digər  çətinliklrin həll olunmasına diqqəti artırmaqla  məktəb qarşısında duran vəzifələri bundan sonra da lazımınca yerinə  yetirəcəyik. Sonra T.Rəsulova çıxış üçün  RTŞ-nin  müdiri  Q.Məmmədovaya söz verdi . O, dedi:

   ―Hörmətli valideynlər, hörmətli müəllimlər Təhsil Naziri  M.Cabbarovun tapşı-  rığına əsasən biz ayrı-ayrı məktəblərdə  valideynlərlə belə görüşlər  keçiririk. Məqsədimiz rayon mərkəzinə gəlməkdə çətinlik çəkən valideynlərin məktəblə bağlı irad və təkliflərini eşitmək, imkan daxilində həll etməkdir. Rayon məktəblərində işıq və istilik problemi demək olar ki, həll olunub. Bütün şagirdlərə pulsuz dərsliklər verilib. Məktəb binaları əsaslı təmir olunub və ya yeniləri tikilmişdir. Rayon üzrə sinif və fənn  müəllimlərin kurikulum təlim kurslarına cəlb olunaraq , müasir təlim üsullarına yüyələnmələri təmin olunmuşdur. Kijəbə mıktəbi nailiyyətlərini daha da artırmalıdır. Əlbəttə, valideynlər də öhdələrinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir. İmtahana buraxılış üçün bildiyiniz kimi şəxsiyyət vəsiqəsi vacibdir. Ancaq bəzi valideynlər bu işə laqeyd yanaşır, vaxtında  bu  sənədi almır. Sonra da narazılıq edirlər. Bəzi valideynlər mənfi qiymət almış məzunların təkrar imtahan verərək Attestat  və şəhadətnamə alması üçün vaxtında müraciət etmədiklərinə görə övladlarının imtahana buraxılmamasından  şikayətlənirlər. Belə şikayətlər əlbəttə,əsası yoxdur. Müəyyən olunmuş qaydada müraciət olunmalıdır. RTŞ və onun bütün əməkdaşları hər bir valideynə , hər bir müəllimə yardımçı olmağa hazırdır.

   Müəllimlərdən Sabir Fətullayev, Azər Kişiyev, Sevdar Babayev çıxış edərək , bildir- dilər ki, dövlətimizin inkişafı ilə bağlı olaraq təhsil sahəsində də, uğurlarımız artmaqdadır. Müəllimlərimiz işlərinə vicdanla yanaşır. Müasir təlim üsullarından səmərəli istifadə etməklə dərslərini tədris edirlər. Elə bunun nəticəsidir ki, məktəbin məzunu Fuad Quliyev  681 bal toplayaraq rayon  məzunları arasında ən yaxşı göstəricinin sahibi olmuşdur. Müəyyən səbəblər üzündən bəzi valideynlər yuxarı siniflərdə oxuyan şagirdlərin dərsə davamiyyətinə ciddi yanaşmırlar. Əlbəttə, biz belə valideynlərlə daim əlaqə saxlayır, pedaqoji söhbətlər edirik. Çalışırıq ki, məzunlarımız arasında ali məktəblərə qəbul olunanların sayı daha da artsın. Bu müqəddəs işdə valideynlər ən etibarlı köməkçimiz olmalıdır.

   Sonra valideynlərdən Vüqar Ağayev çıxış edərək bildirdi ki, mən özüm bu məktəbin məzunu olmuşam.Bu məktəbdə dərs deyən müəllimlərin hamısından razıyam. Onlar şagidlərin qayğısına qalmaqla yanaşı, həm də valideynlərin yaxın məsləhətçiləridir. Mənim narazılığm məktəbin işıq və istilik sistemindəndir. Soyuq sinifdə oturan, xəstələnən uşaqların gələcək sağlamlıqları təhlükə altındadır. Xahiş edirəm ki, rayon rəhbərliyi bunu nəzərə alsın və yardımını əsirgəməsin.

    Validenlərdən  Anar Ağayev, Lyuba Feyziyeva və başqaları da məktəbin işıq və istilik sistemindən narazılıqlarını bildirdilər. 2002-ci ildə məktəbdən  işlək vəziyyətdə qonşu kəndə aparılmış elktrik transformatorunun bu günə qədər məktəbə qaytarılmaması, müasir dövrdə böyük rol oynayan “İnformatika” dərslərinin tədrisinə imkan vermir. Çıxış edənlər tezliklə əlaqədar təşkilatların köməyi ilə transformatorun məktəbə qaytarılacağına ümidvar olduqlarını bildirdilər



Digər yazılar