Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Əməkdar müəllim - 2011

Əməkdar müəllim - 2011

 

Kişiyev Azər  Sabir  oğlu

1965-ci ildə Astara rayonun Hamuşam kəndində anadan olmuşdur. 1982 –ci ildə Hamuşam kənd orta məktəbini bitirmiş, “Komsomol” sovxozunda əmək fəaliyyətinə başlamışdır.

1983-1985-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.1986-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş,1992-ci ildə bitirmişdir.

Pedaqoji fəaliyyətə Asxanakəran kənd orta məktəbində başlamışdır.Daha sonra Hamuşam və Toradi kənd orta məktəblərində dərs demişdir.1997-ci ildən Kijəbə qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir.Bu müddətdə bir çox uğurları olmuşdur.

1995-ci ildə Türkiyə Cümhuriyyətində təcrübə mübadiləsində olmuş,xüsusi sertifikat almışdır.

1998 -2008-ci illərdə Azərbaycan müəllimlərinin VIII və XIII qurultaylarının nümayəndəsi olmuşdur.Dəfələrlə rayon rəhbərliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Sagirdlərindən bir çoxu müxtəlif  bilik yarışları və müsabiqələrdə  qalib olmuşlar.Onlardan Sabirzadə Sahib Azər oğlu  2011-ci ildə “ Fövqəladə hallar uşaqların gözü ilə “respublika müsabiqəsinin inşa nominasiyası üzrə qalibi olmuş, II dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

2012-ci ildə  Sabirzadə Samir Azər oğlu , 2014-cü ildə isə Hacızadə Rafət Mərasim oğlu  respublika inşa müsabiqəsinin qalibi olmuş, III dərəcəli diplomla və təhsil nazirinin fəxri fərmanı liə təltif olunmuşlar.

A.Kişiyev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 
2012-ci ildə isə “Ən yaxşı müəllim “müsabiqəsinin qalibi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tərəfindən mükafatlandırılmışdır.

 



Digər yazılar