Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Əməkdar müəllim - 2016

Əməkdar müəllim - 2016

 

Hüseynov Beytulla Seyfulla oğlu

02 dekabr 1955-ci il Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur.

 1972-ci ildə Kijəbə qəsəbə orta məktəbini əla qiymətlərlə bitirib ADPİ – nun riyaziyyat fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuduğu müddətdə 2 dəfə “Əla təhsilə görə”qızıl döş nişanına layiq görülmüşdür.

1979-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra indiyədək Kijəbə qəsəbə orta məktəbində riyaziyyat müəllimi işləyir.

2000-2007-ci illərdə  “Maraq və Məntiq” teliviziya-intellekt rubrikasında iştirak etmişdir.

2004-cü ildə “Maraq və Məntiq”-də I yeri tutduğuna görə Fəxri-Fərmana, 2006-cı ildə şəxsi uğurlarına görə Diplama layiq görülmüşdür.

25 sentyabr 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri-Fərmanı” ilə təltif olunmuşdur.

04 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasinin Prezidenti  İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllimi fəxri adına layiq görülmüşdur.



Digər yazılar