Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

“ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ”

“ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ”

Hazırda mənim çalışdığım elm ocağı – Astara rayonun N.Həsənov adına     Kijəbə qəsəbə tam orta məktəbi 1966-cı ildən fəliyyətini davam etdirir. Məktəbdə təhsil alan 531 şagirdin təlim-tərbiyəsilə ömrünü müqəddəs və şərəfli müəllim peşəsinə həsr etmiş 62 nəfərlik pedaqoji kollektiv məşgul olur. Məktəbin 2 müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, 1 müəllim “Əməkdar müəllim” fəxri adını daşıyır, 1 müəllimiz də “Tərəqqi” medalına layiq görülmüşdür. Müəllimlərimizdən 2-si yeni təlim texnologiyaları üzrə “təlimçi müəllim” adını qazanmışdır. Daha bir müəllimiz Azərbaycan jurnalistlər birliyinin üzvüdür. Ardıcıl olaraq bir-neçə ildir ki, məktəbimizin müəllimləri respublika “Elektron Təhsil Müsabiqəsi”ndə də uğurla iştirak edirlər. Təhsil ocağına 10 ildir ki, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı, Təbrizə Rəsulova rəhbərlik edir.

    Məktəb həmişə yaxşı göstəriciləri ilə rayonda seçilmiş, məzunlarımızın rayonun təhsil salnaməsında həmişə xüsusi yeri olmuşdur. Fərəhli haldır ki, bu gün müəllim peşəsini davam etdirən məzunlarımızdan 3-ü “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adını qazanıb.

    2013-2014 –cü tədris ilində məktəbin məzunu Quliyev Fuad Firudin oğlunun 681 bal toplayaraq Prezident təqaüdünə layiq görülməsi, X sinif şagirdi Hacızadə  Rafət Mərasim oğlunun “Heydər Əliyev məktəblilərin gözü ilə” respublika inşa müsabiqəsinin qalibi olması və 10-a yaxın şagirdimizin qəbul imtahanlarında arzulanan nəticəni əldə etməsi, uğurlarımızın təsadüfi olmamasını düşünməyə əsas verir.

  Sevindirici haldır ki, 2014-2015-ci tədris ilində nailiyyətlərimizi daha da yüksəldə bilmişik.  27 məzunumuz ali məktəbə sənəd vermiş, onlardan 20-si tələbə adını qazanmışdır. Sevinirəm ki, dərs dediyim 8 şagird 500-dən yuxarı, 2 şagird isə 600-dən yuxarı bal toplamışdır. Onu da qeyd etmək yerinə düşər ki, bu tədris ilində yuxarıda sadalanan rəqəmlərə görə məktəbimiz rayonda ali məktəbə daxil olan həm məzunların sayına görə, həm də ən yüksək bal toplamış məzun nailiyyətinə görə birinci yerdədir.  Sözü gedən məzunlardan: Mərufov İlham Malik oğlu 685 balla Ali Neft Məktəbinin - Prosesslərin avtomatlaşdırılması ixtisasına, Babayeva Mətanət Eldar qızı 606 balla BDU-nun Tarix ixtisasına, Muradov Sabir Arzuman oğlu 569 balla ADNA-nın Qaz boruqları mühəndisliyi ixtisasına, Ağayeva Kəmalə  Söhrab qızı 540 balla ATU-nun Müalicə işi ixtisasına, Baxşıyev Sevman Vidadi oğlu 527 balla  APU-nun Tarix ixtisasına, Qasımov Elbrus Sərxan oğlu 511 balla ADNA-nın Elektronika-telekomunikasiya mühəndisliyi ixtisasına, Şirinbəyov Samir Vaqif oğlu 501 balla APU-nun Tarix ixtisasına, Hacızadə Rafət Mərasim oğlu 500 balla Polis Akademyasına qəbul olunmaqla məktəbimizdə verilən biliyin yüksək səviyyədə olmasını nümayiş etdirmişlər. Bizim də borcumuzdur ki, yuxarıda adı çəkilən və çəkilməyən, tələbə adına layiq görülən bütün məzunlarımızı, onların valideylərini, müəllimlərini qazanılan uğur münasibətilə bir daha təbrik edək.

   Kijəbə qəsəbə tam orta məktəb müəllimlərinin daha bir uğuru ondan ibarətdir ki, son illər ali məktəbə ən yüksk balla qəbul olunan əksər məzunlarımız müstəqil surətdə hazırlaşaraq, repetitor müəllimlərə müraciət etmədən bu zirvəni fəth edirlər.

  Ürəkdən bağlandığım tarix fənnini yüksək səviyyədə tədris etməklə şagirdlərimdə  vətənpərvərlik tərbiyəsini inkişaf etdirməklə yanaşı, onlarda soykökümüzün şərəfli keçmişinə, Ulu Öndərin ideyalarına məhəbbət oyadıram. Eyni zamanda cənab Prezindetimiz İ.H.Əliyevin təhsilimizin inkişafındakı rolunu həmişə şagirdlərimə tarixi faktlar əsasında dönə-dönə öyrətməkdən yorulmuram. Elə ona görə də, ən yüksək bal toplamış məzunlarımızdan 3-nün Tarix ixtisası üzrə ali təhsillərini  davam etdirəcəklərini biləndə fərəhimi gizlədə bilmirəm. Zənnimcə üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, yurdumun tarixini, o cümlədən tarix fənnini şagirdlərimə lazımınca sevdirə bilmişəm.

   Qazanılan uğurların əldə edilməsinə Astara rayon Təhsil Şöbəsinin, Kijəbə qəsəbə tam orta məktəb kollektivinin, valideynlərin və şagirdlərin birgə əməyi nəticəsində nail olmuşuq desək, yanılmarıq.

   Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Respublikasının Təhsil Qanununu əldə rəhbər tutan məktəb kollektivi öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışır, qazanılmış uğurlarla arxayınlaşmır. İstər ayrı-ayrı fənlərin tədrisində, istərsə də məktəb çərçivəsində həyata keçirilən müxtəlif məqsədyönlü tədbirlər yalnız bir amala-Müstəqil Azərbaycanın dünyada tanınmasına və gələcəyimizin təminatçısı olan gənclərimizi xalqımızın layiqli övladı kimi yetişdirməyə xidmət edir.



Digər yazılar