Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Fətullayeva Fidan Teymur qızı...

Fətullayeva Fidan Teymur qızı...

26 oktyabr 2006-cı ildə Astara rayonun Kijəbə qəsəbəsində dünyaya göz açmışdır. Hərfləri və sadə riyazi hesablamaları məktəbəqədər təhsil müəssisəsində öyrənmişdir. Nənəsi Şükufə xanımın bu işdə böyük rolu olmuşdur.

Balaca Fidan N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində 2012-ci ildən oxumağa başlamışdır.

Məktəbdə oxuduğu  5 il ərzində müxtəlif tədbirlərdə iştirak etməklə şagird yoldaşlarından  fəallığı ilə fərqlənmişdir.

22 may 2013-cü ildə Azərbaycan xalqının böyük satirik şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 151 illiyinə həsr olunmuş ədəbi-bədii gecədə fəal iştirakına görə məktəb rəhbərliyi tərəfindən “Tərifnamə” ilə təltif olunmuşdur.

         2014-cü ildə 6 saylı Ərazi Vergilər İdarəsi Lənkəran rayonu üzrə keçirilən “Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsində uğurla iştirak edərək III dərəcəli diplomla təltif olunmuşdur. 

Həkim olmaq arzusu ilə gündən-günə böyüyən Fidan xanımın musiqiyə də böyük həvəsi vardır. Bu həvəs 2015-ci ilin sentyabr ayında reallaşmışdır. O, Astara Musiqi Məktəbinin fortopiano şöbəsinin I sinifinə  daxil olmuşdur.

    Çalışqanlığı və mehribanlığı ilə hər kəsin rəğbətini qazanan bu gülərüz, ağıllı balamıza gələcək həyatında uğurlar diləyir, səsinin daim yüksəklərdən gəlməsini arzu edirik.



Digər yazılar