Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Ərköyünlüyün uşaq psixologiyasında mənfi rolu

Ərköyünlüyün uşaq psixologiyasında mənfi rolu

 

Cəmiyyətin formalaşmasında insan amili əvəzsiz rol oynayır. Görkəmli şəxsiyyətlər, alimlər və digərləri ailədə dünyaya göz açsalar  da, məhz ictimai hadisələrin təsirilə ailədə qazandıqları tərbiyə və psixoloji xüsusiyyətləri inkişaf etdirməklə fərddən şəxsiyyətə çevrilirlər. Deməli, ailədə qazanılmış ilkin tərbiyənin rolu danılmazdır. Bəs ailədə uşaq hansı yaşdan tərbiyə olunmalıdır?

Ailədə qazanılmış tərbiyə çoxəsrlik müşahidələrə və alimlərin fikrinə əsaslanaraq deyə bilərik ki, ana bətnindən başlayır. Anaya xas olan bəzi xasiyyətlər  uşağa ötürülür. Uşaq dünyaya göz açandan sonra ailədə, bağçada, məktəbdə tərbiyə prosesi inkişaf etdirilir və cəmiyyətdə şəxsiyyətin formalaşması ən yüksək həddə çatır.

Onu da qeyd etmək lazımır ki, şəxsiyyətin inkişafı daxili və xarici amillərdən çox asılıdır. Yəni, genetik, bioloji, fizioloji  və digər daxili amillər fərdin müəyyən sinifə, ailə mühitinə məxsus olması həm də xarici amilləri-şəxsi fəallığı, marağı və kollekti vin, ictimai qrupların tərbiyəvi təsirlərini də özündə birləşdirir.

Hər bir ailə cəmiyyətə bəxş etdiyi övladını düzgün tərbiyə etməyə borcludur. Məgər bütün ailələr  bu  müqəddəs borcu layiqincə yerinə yetirirmi? Yox. Cavabı çox qısa olsa da, arxasında böyük müəmmalar olan bir sualdır. Hər bir insan  bu suala  təbiətinə və tərbiyəsinə uyğun cavab verməkdə azaddır. Bəziləri günahı özündə, digərləri isə başqasında axtarmaqla özünü haqlı sayacaqdır. Bu da təbii qəbul olunmalıdır.

Ailədəki tərbiyədə uşağı həddən artıq nazlamaq və onun ərköyün böyütmək bəzən uşağın gələcəyi üçün təhlükə risqini artırır. Arzularının yarımçıq qalmasına şərait yaradır. Cəmiyyətdə “artıq” bir fərdə çevrilir. Belələrinin həyatdakı müvəffəqiyyətləri bəzən  başqalarına mənfi münasibətləri sayəsində əldə olunur.

Məktəbdə ərköyün uşaqlarla məktəb psixoloqlarının fərdi iş aparması məqsədə müvafiqdir. Eyni zamanda sinif rəhbərlərinin həmin uşaqlar üzərində  gündəlik müşahidəsi zamanı  əldə olunmuş məlumatı valideynlərlə vaxtaşırı müzakirə etməklə qismən müsbət nəticəyə nail olmaq olar. Valideynlər ilə söhbət zamanı çox maraqlı faktlarla üzləşmək mümkündür. Bəzi valideynlər bəhanə gətirir ki, bir  övladım var. Gözümün ağı-qarasıdır. Söz deyirəm inciyir. Yemək yemir, hətta küsüb evə gəlmir və s. Əslində hər kəs elə bir fərd hesab olunmalıdır .Yoxsa fərd dən danışmağa ehtiyac olmazdı. Tutaq ki, ailədə 10 uşaq vardır. Deməli, hər bir uşaq ayrılıqda fərdi psixoloji amillərin daşıyıcısıdır. Bir çox valideynlər isə ya bunları bilmir, ya da bunlara əhəmiyyət vermir. Bu da uşağın tərbiyəsində zərərli vərdişlərin meydana gəlməsi üçün zəmin yaranması ilə nəticələnir.

Maraqlı burasıdır ki, bəzi validenlər qız övladlarını da çox nazlayır, ərköyün  böyüdürlər . Həmin uşaqlar məktəbdə yoldaşları ilə mehriban münasibət saxlamaqda çətinlik çəkirlər. Tez-tez yoldaşlarından küsür, yaxşı geyimi olmayan uşaqla oturmaqdan imtina edir , özündən başqasını sevmkdə çətinlik çəkir və s.

Ərköyün oğlan uşaqlarının işi daha çətindir. Bir vətəndaş kimi ordu sıralarına çağrılarkən ilk günlər böyük çətinliklərlə üzləşirlər. Nizam-intizama tabe olmağa öyrəşmək, evdə anaya verilən sifarişli yeməyi yox, əsgərlər üçün bişirilən ümumi yeməklə qidalanmaq məcburiyyətində qalmaq, özü kimi ərköyün yoldaşlarla düzgün münasibət qura bilməmək onlarda psixoloji amillərin meydana çıxması ilə nəticələnir.Belə uşaqlar validendən uzaqlaşan kimi bir sıra problemlərlə üzləşir

Oğlanlardan fərqli olaraq ərköyün qızların qarşısına çıxan çətinliklər ətrafında valideynlər daha ciddi düşünməlidirlər. Belə ki, qızlar həm də cəmiyyətimizdə mühüm rola malik analarımızın davamçılarıdır. Belə qızlar ər evinə köçəndən sonra ata evindəki ərköyünlüyü davam etdirə bilməyəndə daxili çatışmamazlığını büruzə verirlər. Yeni tələblərə qarşı çıxır, nəticədə ər evini tərk etməklə çıxış yolu tapsa da, ailə  dağılır.

Məktəblə ailə arasında olan əlaqələrin müasir təhsil sisteminə uyğun həyata keçirilməsi günün vacib məsələlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılmalı,uşağın davranışındakı hər hansı dəyişiklik əxlaq normaları daxilində birgə təhlil olunmaqla düzgün çıxış yolu tapılmalıdır. Uşaqlara və məktəbə dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı deyilənlərin həyata keçirilməsi üçün hər cür şəraiti yaratmışdır.

Beləliklə, müasir təlim üsulları ilə silahlanmış müəllimlərimizin bilik və bacarığından səmərəli istifadə etməklə validenlərimiz övladlarının düzgün tərbiyə olunmasına nail ola bilərlər. Bu işdə görkəmli pedaqoqların, müəllimlərin təcrübəsi əvəzsiz tərbiyə məktəbidir. Valideynlər bu gün daha çox çalışırlar ki, övladları savadlı olsunlar. Ona görə də uşaqlarını  repitotorların yanına aparmaqdan belə çəkinmirlər. Nəticədə uşağın biliyi artdıqca ərköyünlüyü də artır. “Mən” ifadəsini başqalarından seçilmək üçün  daha tez-tez işlədir. Valideyn isə çox sakit və razılıqla bu halı  müşahidə edir, bəyənir.  Belə olan təqdirdə, cəmiyyətə təqim olunmuş savadlı və ərköyün gənc çox vaxt qarşıya qoyduğu məqsədə nail ola bilmir. Müəyyən psixoloji məqamlarla üzləşməli olur. Ona görə də hər bir vadideyn çalışmalıdır ki, uşaq cəmiyyətin ümumi bir üzvü kimi tərbiyə olunsun. Gələcəkdə qarşıya qoyduğu məqsədini həyta ktçirərkən şəraiti və onun həyata ktçirilməsi üsul və vasitələri düzgün müəyyən edə bilsin. Ancaq belə bir halda valideyn qarşısına qoyduğu vəzifənin bir qismini həyata keçirməyə nail ola bilər.

 

_________________________________________________________________



Digər yazılar