Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Fətullayev Yusif Teymur oğlu...

Fətullayev Yusif Teymur oğlu...

14 may 2008-ci ildə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur. O, əvvəl uşaq baxçasında şifahi saymağı və müxtəlif şeirləri əzbərdən deməyi öyrənmişdir. 15 sentyabr 2013-cü ildən N.Həsənov  adına Kijəbə qəsəbə tam orta məktəbində oxumağa başlamışdır. İlk günlərdən sinif yoldaşlarından oxumağı və düşüncə tərzi ilə fərqlənmişdir. Onun ən böyük arzusu böyüyəndə asayiş quruyucusu olmaqdır.

    2013-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Vergi Dostları” layihəsi çərçivəsində” “Nika Çeki” tələb edək, dövlətə xidmət edək”  yarışmasında III dərəcəli diplomla təltif olunmuşdur.

   2014-cü ildə “Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsində uğurla iştirak edərək fərqlənmə diplomu ilə təltif olunmuşdur.
   2016-cı ilin sentyabr ayından Astara şahmat məktəbində bu qədim oynun sirlərini öyrənir.

    Asudə vaxtlarında müxtəlif fiqurlar düzəltməyi xoşlayır.

    Balaca Yusifin gündəlik dərslərində əla qiymətlərin sayı artdıqca,  gələcəyə inamı da artır.



Digər yazılar