Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Saytımız www.kijabeastara.az “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibi oldu

Saytımız www.kijabeastara.az “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibi oldu

30 Dekabr 2016

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri 29 dekabr tarixində elan edildi.

Hər il keçirilən bu müsabiqənin davamı olaraq, bu ildə müsabiqə 19 sentyabr 2016-cı il tarixdə başlamış və təqdim olunan layihələrin qəbulu 4 noyabr 2016-cı il tarixdə yekunlaşmışdır. Müsabiqəyə ümumilikdə 1313 layihə təqdim olunmuşdur. Bunlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqə aşağıdakı 3  istiqamət və 6 nominasiya üzrə təşkil olunmuşdur:

Müəllim istiqaməti üzrə:

         Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;

         Təhsildə ən yaxşı İnternet resursları;

         Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd;

        Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.

Şagird istiqaməti üzrə:

         Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.

Məktəb istiqaməti üzrə:

         Ən zəngin məzmunlu məktəb saytı.

Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilmiş, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılmış, ekspert və münsif heyəti müsahibə əsasında müəyyən olunmuşdur. Müsabiqənin I mərhələsinə təqdim edilən 1313 işdən 1220 iş II mərhələyə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunmuş və nəticədə 325 iş nominant olaraq III mərhələyə keçmişdir. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 23 qalib və 24 fərqlənən müəyyən edilmişdir.

VII “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibi məktəbimizin veb saytı oldu-www.kijabeastara.az

“Ən zəngin məzmunlu məktəb saytı” nominasiyası üzrə III yeri Astara rayonu Nail Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin saytı qazanmışdır.  I yerə Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin saytı, II yerə Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin saytı layiq görülmüşdür.

 

http://musabiqe.edu.az/news/11654/

 

 



Digər yazılar