Ağacəkmə aksiyası |
10 dekabr 2016-cı il tarixində Kijəbə qəsəbəsinin mərkəzində Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyada N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin müəllim və texniki işçiləri ilə yanaşı Kijəbə qəsəbə İcra Nümayəndəliyi, Kijəbə bələdiyyəsi, Kijəbə qəsəbə mədəniyyət evi və folklor mərkəzi, Kijəbə qəsəbə körpələr evinin işçiləri yaxından iştirak etmişlər.
Ağacəkmə aksiyası zamanı 70 şam ağacı əkilərək, suvarılmışdır.