Kİjəbə qəsəbə tam orta məktəbİ

Son yazılar

Baxşıyev Elşən Rüfəddin oğlu

Baxşıyev Elşən Rüfəddin oğlu

Astara  rayonun Ojakaran kəndində 19 yanvar 1975-ci ildə anadan olmuşdur.

1982-ci ildə Kijəbə qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur.

1992-ci ildə Kijəbə qəsəbə tam orta məktəbin 11-ci sinifini bitirmişdir.

20.04.1993-cü ildə Astara RHK tərəfindən hərbi xidmətə çağrılmışdır.

15.12.1993-cü ildən – 31.05.1996-cı ilədək N saylı hərbi hissədə 2-ci Troposfer rabitə bölüyündə R-410 stansiyasında baş mexanik və manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir.

01.08.1996-cı ildə 2 aylıq gizirlər kursunu bitirdikdən dərhal sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən N saylı hərbi hissəyə R-412 Troposfer stansiyasının texniki vəzifəsinə təyin olunmuşdur.

14.03.1999-cu il tarixindən N saylı hərbi hissəyə Troposfer rabitə taborunun 2-ci Troposfer bolüyünə R-412 stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

01.02.2003-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən N saylı hərbi hissənin tərkibində yerləşən N saylı hərbi hissəsinə anbar rəisi və Maddi təminat taqımının komandiri vəzifəsində hərbi xidmət keçmişdir.

26.01.2005-ci il tarixindən N saylı hərbi hissəyə rabitə bölüyünün baş texniki vəzifəsinə təyin olunmuşdur.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə Xilasetmə taborunun II xilasetmə bölüyünün baş texniki vəzifəsində hərbi xidmətini davam etdirir.



Digər yazılar