Şagirdimiz Azərbaycan Çempionu adını qazandı |
N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin XI sinif şagirdi Ağadadaşzadə Ülfət Vasif oğlu MMA King- boks döyüş növü ilə 5 ildir ki, məşğul olur. Ülfət 27-29 yanvar 2017-ci il tarixində Astara şəhər olimpia-idman kompleksində keçirilən 20 Yanvar şəhidlərinə həsr olunmuş Açıq Respublika Kuboku yarışında iştirak etmişdir.
Yarışda Astara komandaları ilə yanaşı Cəlilabad, Masallı, Lənkəran, Biləsuvar və İran İslam Respublikasının komandaları da iştirak edirdi. Ağadadaşzadə Ülfət Vasif oğluöz çəkisində olan hər üç rəqibinə qalib gələrək Açıq Respublika Kuboku yarışının qalibi olmuşdur.
Şagirdimizin digər bir uğuru 10-12 fevral 2017-ci il İmişli rayonun İdman Mərkəzində keçirilən Azərbaycan Çempionatında BDU döyüş növləri arasında King-boks döyüş növündə 55 –kq çəkili idmançılar arasında bütün rəqiblərini məğlub edərək Azərbaycan Çempionu adını qazanmışdır.
Bu münasibətlə 13 fevral 2017-ci il tarixində məktəbimizdə onunla şagirdlərin görüşü keçirilmişdir. Ülfət görüşdə xatirələrini yoldaşları ilə bölüşmüşdür.
Bu uğura görə şagirdimizi təbrik edir, qarşdakı məsul yarışlarda daha böyük nailiyyətlər arzulayırıq. Uğurların bol olsun ÜLFƏT !
Digər yazılar
-
Gələcəyə gedən yol gənclikdən keçir
-
“Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri
-
Yeni il şənliyi
-
Ulu öndər Heydər Əliyevin “Anım günü”
-
“Uşaqlar bizim gələcəyimizdir”
-
Vergi dostları
-
Valideyn iclası
-
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
-
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! QARABAĞ BİZİMDİR, BİZİM OLACAQ!"
-
BİLİK GÜNÜ
-
DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ
-
"Multikulturalizm ili"nə həsr olunmuş müsabiqənin məktəb turu