Kİjəbə qəsəbə tam orta məktəbİ

Astara təhsili

Astara rayonunda 63 ümumtəhsil məktəbi, 5  məktəbdənkənar təhsil müəssisəsi vardır. Ümumtəhsil məktəblərindən  45-i tam orta, 9-u ümumi orta,  9-u ibtidai məktəbdir. Rayon üzrə 16663  nəfər şagirdin təlim-tərbiyəsi ilə 1942  müəllim məşğul olur, onlardan 941 nəfəri ali, 1001  nəfəri  isə orta ixtisas təhsillidir.

2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərini 1014  məzun bitirmiş, onlardan 410 nəfəri ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmiş, 182  nəfəri, o cümlədən 69 qız müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Rayonun məzunlarından 26 nəfəri 500-dən, 7 nəfəri  600-dən yuxarı bal toplamışdır.

Astara rayonu Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin 2006-2007-ci il məzunu  Rzayev Ravil Fəraim oğlu 682 balla,  şəhər 5 saylı tam orta məktəbin 2009-2010-cu il məzunu  Məmmədov Fərid  Elçin oğlu 685 balla, Kijəbə  qəsəbə tam orta məktəbin  2013-2014-cü il məzunu  Quliyev Fuad  Firudin oğlu  681 balla, “Prezident təqaüdü”nə layiq görülmüşdür.

Astara şəhər 3 saylı  tam orta məktəbin 2014-2015-ci tədris ilinin  IX sinif şagirdi Əhədov Muxtar Ənvər oğlu tarix fənni üzrə olimpiadanın Respublika turunuda III yeri tutataq “Bürünc” medala layiq  görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə ənənəvi olaraq məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda keçirilən Respublika inşa müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbin şagirdləri Sabirzadə Sahib Azər oğlu 2012-ci ildə, Hacızadə Rafət Mərasim oğlu isə 2014-cü ildə Respublikada III yeri tutaraq Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırlmışlar.

2015-ci ildə 7-15 yaşlı  məktəblilər arasında keçirilmiş  rəsm müsabiqəsində Astara şəhər 5 saylı tam orta məktəbin şagirdi Baxşızadə Dəniz Ümman oğlu Respublikada I yeri, Yaponiyada isə II yerı tutaraq  “Gümüş” medalla təltif olunmuşdur.

2013-2014-cü tədris ilində Azərbaycan  Respublikası Təhsil, Gənclər və İdman Nazirlkilərinin birgə layihəsi əsasında keçirilən “İstedadların hazırlığı laboratoriyası” müsabiqəsində Şəhər 3 saylı tam orta məktəbin məzunu Məmmədova Aytac Möhübbət qızı qalibı olmuş, II yerə layiq  görülmüş, “Gümüş” medalla təltif olunmuşdur.

Ötən 11 il ərzində rayonun ümumtəhsil məktəblərinin  müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” adına, 5 nəfərı “Tərəqqi” medalına layiq görülmüşdür. Eyni zamanda 6 müəllim “İlin ən yaxşı müəllimi”  müsabiqəsinin qalibi  olmuşdur.

2003-2015-ci illər ərzində 14200 şagird yerlik 34 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1720 şagird yerlik 5 məktəb binası inşa edilmişdir. 3450 şagird yerlik 6, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 620 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilmişdir.

N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin riyaziyyat müəllimi Hüseynov Beytulla Seyfulla oğlu 04 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasinin Prezidenti  İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən VII “Elektron Təhsil” Respublika müsabiqəsinə 29 dekabr 2016-cı il tarixində yekun vurulmuşdur. N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbi də "Ən zəngin və məzmunlu məktəb saytı" nominasiyası üzrə III yerə layiq görülməklə bu mükafatı ilk dəfə olaraq rayonumuza qazandırmışdır.

 

Heydər Əliyev Fondu tərəfindən tikilmiş məktəblər

 №

 Məktəbin adı

 Tutumu
(yerlik)

 Təhvil verilən il

 1

 Təngərüd kənd tam orta (1-ci korpus)

 240

 2005

 2

 Təngərüd kənd tam otrta (2-ci korpus)

 520

 2006

 3

 Sipiyəpard kənd tam orta

 200

 2005

 4

 Ovala kənd ümumi orta

 120

 2005

 5

 Deqədi kınd ümumi orta

 240

 2006

 6

 Şəhər 4 saylı tam orta

 400

 2008

 

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi

Astara rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 1977-ci ildə Gənc Təbiətçilər Stansiyası adı ilə fəaliyyətə başlamışdır. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi fəaliyyətini məktəbdənkənar müəssisələr haqqında nümunəvi əsasnaməyə, Ekologiya sahəsində qəbul edilmiş Dövlət proqramları və digər hüquqi sənədlər əsasında qurmuşdur. Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi rayonun Maşxan kənd tam orta məktəbində yerləşir. Mərkəzə 2011-ci ildən ali təhsilli, kimya müəllimi Mirzəyeva Şəmsiyyə Müzəffər qızı rəhbərlik edir. Ştat vahidinə uyğun mərkəzdə bir nəfər metodist və bir nəfər xadimə işləyir. Mərkəzdə 8 adda dərnəyin 10 qrupunda, hər qrupda 16 nəfər olmaqla 160 nəfər şagirdlə 12 nəfər pedaqoji işçi çalışır. Pedaqoji işçilərdən 7 nəfəri ali, 5 nəfəri isə orta-ixtisas təhsillidir. Mərkəzdə keçirilən dərnək məşğələlərinə rayonun ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri cəlb edilmişdir. Mərkəzin əsas vəzifəsi dərnəklərə cəlb edilmiş şagirdlərin təbiəti öyrənməyə marağını artırmaq, inkişaf etdirmək, ekoloji biliklərə yiyələndirmək və təcrübəçilik vərdişlərinə alışdırmaqla yanaşı asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Mərkəzin yetirmələri Zona və Respublika tədbirlərində fəal iştirak edirlər.

Texniki Yaradıcılıq Mərkəzi

Astara rayon Texniki Yaradıcılıq Mərkəzi 1984-cü ildə Gənc Texniklər Stansiyası  adı ilə fəaliyyətə başlamışdır.Hazırda müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.1994-cü il tarixli 334 saylı qərarı ilə təsdiq olunmuş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Mərkəz Astara rayonun Pensər kəndində yerləşir. Hazırda TYM-də 12 nominasiya üzrə 15 dərnək fəaliyyət göstərir: Mərkəzdə 14 nəfər dərnək rəhbəri və bir nəfər metodist çalışır. Dərnək rəhbərlərindən 13 nəfəri ali təhsilli, 2 nəfəri isə orta-ixtisas təhsillidir. Mərkəzə 1996-cı ildən ali təhsilli fizika müəllimi Məmmədov Hatəmağa Muxtar oğlu rəhbərlik edir. 2008-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Mərkəzin dərnəkləri rayonun 12 tam orta məktəbində fəaliyyət göstərir və dərnəklərdə 234 nəfər şagird texniki yaradıcılığın ayrı-ayrı növləri ilə məşğul olur. Mərkəzin dərnək üzvlərinin əl işləri 2001-ci ildən başlayaraq müntəzəm keçirilən Zona və Respublika baxış müsabiqələrində müvəffəqiyyətlə nümayiş olunaraq diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Xüsusi mükafatlara layiq görülənlər 

N

Soyadı, adı, atasının adı

Vəzifəsi

Təltif edilmişdi

(tarix, medal)

1

Məmmədov Səfərəli Meybulla oğlu

Məsləhətçi

“Tərəqqi “ medalı 2009-cu il

2

Məmmədova Qızbəs  Məmməd qızı

RTŞ müdiri

“Tərəqqi “ medalı 2010-cu il

3

Əliyev Arif Məmməd oğlu

Müəllim

“Tərəqqi “ medalı 2012 -ci il

4

Fətullayev Teymur Sabir oğlu

Direktor

“Tərəqqi “ medalı 2014 -cu il

5

Həbibov Həbib İzzət oğlu

Hərbi rəhbər

“Tərəqqi “ medalı 2015 -ci il